Pentaqon başçısı: «Ukrayna xalqını dəstəkləməyin zamanı çatıb»
06 mart 2014 05:17 (UTC +04:00)

Pentaqon başçısı: «Ukrayna xalqını dəstəkləməyin zamanı çatıb»

0

Pentaqonun başçısı Çak Heygel ABŞ-ın Polşa və Baltikyanı ölkələrlə hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırdığını deyib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ABŞ senatının silahlı qüvvələr üzrə komitəsinin üzvləri qarşısında çıxışı zamanı o, deyib: «Amerikanın Müdafiə Nazirliyi müttəfiqlərimizin dəstəklənməsi ilə bağlı tədbirlər planı hazırlayır».

 

Onun sözlərinə görə, Hərbi Hava Qüvvələri Polşa ərazisində birgə irimiqyaslı hərbi manevr keçirəcək. Bundan başqa Baltikyanı ölkələrin hava məkanının müdafiəsi üçün  ABŞ NATO-dakı fəaliyyətini gücləndirməyi planlaşdırır.

 

Heygel bildirib ki, yaxın günlərdə NATO birləşmiş silahlı qüvvələrinin  Avropadakı ali komandanı Filipp Bridlav Mərkəzi və Şərqi Avropa dövlətlərin müdafiə nazirləri ilə məsləhətləşmə keçirəcək

 

 

«Ukrayna xalqını bu ölkənin ərazi bütövlüyü və suverenliyinin məsələsində, habelə onun özünə hakimiyyət seçmək haqqını dəstəklənməsinin zamanı çatıb»-deyə, Pentaqon başçısı vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1236

Oxşar yazılar