Pentaqon: yüzlərlə “İŞİD” üzvü məhv edilib
16 oktyabr 2014 01:24 (UTC +04:00)

Pentaqon: yüzlərlə “İŞİD” üzvü məhv edilib

0

Hava zərbələri nəticəsində Suriyanın Kobani şəhərində bir neçə yüz yaraqlı məhv edilib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi bəyan edib.

 

Vaşinqtona çıxış edən kontr-admiral həmçinin Kobani şəhərinin təhlükə altında olduğunu da vurğulayıb.

 

“Ümumilikdə Kobanidə vəziyyət mürəkkəb olaraq qalır. Əhalinin böyük hissəsi şəhəri tərk edib. Şəhərin “İŞİD”in nəzarətinə keçdiyi halda, bu çox böyük uğursuzluq olacaq”, deyə Kirbi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1103

Oxşar yazılar