Pendir zavodunun işçiləri süd vannasında çimir
28 mart 2014 11:08 (UTC +04:00)

Pendir zavodunun işçiləri süd vannasında çimir

0

Rusiyada pendir zavodunun işçiləri məhsul hazırladıqları süd vannasında çimib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu fakt işçilərin süd vannasındakı fotosu sosial şəbəkədə yayılmasından sonra ortaya çıxıb. 

 

Omskdakı "Pendirlər" adlı zavodda aparılan araşdırmalardan sonra məlum olub ki, müəssisədə sanitar normalar ciddi şəkildə pozulub. Müəssisənin binasında təmir işləri aparılan bir vaxtda məhsul istehsalının da davam etdirildiyi üzə çıxıb. Zavodda texnoloji proses, sanitar normalar tələblərə cavab verməyib. İdarənin məlumatına görə, istehsalda həmçinin şəxsi gigiyenik qaydalara riayət etmək üçün şərait yoxdur.

Nəticədə zavodun müvəqqəti bağlanmasına qərar verilib. Eyni zamanda müəssisə ilə bağlı materiallar məhkəmə orqanlarına verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2100

Oxşar yazılar