Əfsanəvi braziliyalı futbolçu Pele prostat vəzinin iltihabı səbəbindən əməliyyat olunub. Lent.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, 74 yaşlı Pele San Pauluda Albert Enşteyn klinikasında əməliyyat olunub.
Onun hələ ki xəstəxanada olduğu bildirilir. Həkimlər onun xəstəxanadan çıxacağı tarixi açıqlamır.
Qeyd edək ki, ötən ilin noyabrında Pele böyrəklərində və sidik kisəsində daşların çıxarılması ilə bağlı əməliyyat olunub.