Paytaxtda "qoyun yürüşü"
02 noyabr 2014 19:15 (UTC +04:00)

Paytaxtda "qoyun yürüşü"

İspaniyada heyvançılığın təşviqi üçün təşkil edilən "Traşumansiya" şənliyi bu il də maraqlı görüntülərlə yadda qalıb. Lent.az-ın məlumatına görə, şənliklər çərçivəsində bu gün 2 min qoyun ölkənin paytaxtı Madridin küçələrində "yürüş edib". Heyvanlar şəhərin tarixi küçələrini dolaşıblar. Bu səbəbdən bəzi yollarda nəqliyyatın hərəkəti də dayandırılıb.

 

Təxminən 4 saat davam edən yürüşdə çobanlar və fermerlər də yaxından iştirak ediblər. onlar milli geyimlərdə paytaxt sakinlərinin diqqətini heyvançılığın inkişafına cəlb etmək istəyiblər. 

 

Mərasim çobanların 1418-ci ildən təməli qoyulan ənənəyə uyğun olaraq simvolik antik sikkəni "Sol" meydanında Madridin bələdiyyə sədrinə "ödəməsi" ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2866
avatar

Oxşar yazılar