Somali üzərində baş verən partlayışdan sonra "A321" təyyarəsi göyərtəsində iri dəliklə uçuşu davam etdirib.
Lent.az "Report"a istinadən xəbər verir ki, "Daallo Airlines" şirkətinə məxsus təyyarənin sərnişinlərindən biri salonda baş verənləri kameraya çəkib.
Video kadrlarda laynerin gövdəsinin deşik olduğu görünür. Sərnişinlər oksigen maskalarından istifadə etmək məcburiyyətində qalıblar.
"Airbus" göyərtəsində partlayış və yanğın səbəbindən Somalinin paytaxtı Moqodişoya təcili eniş edib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.