Keniyanın Lamu dairəsində törədilən partlayış nəticəsində azı 6 zabit ölüb, 3 hərbçi yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yolda quraşdırılmış minaya düşən avtomobildə 15 polis əməkdaşı olub.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Partlayışın Somalinin “Əş Şəbab” terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.