Moskva və Bütün Rusiyanın patriarxı Kirill iyulun 27-28 Kiyevdə keçiriləcək ənənəvi Xaç Vəftiz günü ilə bağlı Ukraynaya səfər etməyəcək.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu xəbəri Ukrayna pravoslav kilsəsinin mətbuat xidməti yayıb.
Mənbə bildirib ki, əvvəlik illərdə Kirill Kiyevdə hər il keçirilən bu tədbirdə iştirak edib.
Xatırladaq ki, iyulun 6-də Kiyevin mitropoliti Vladimir vəfat edib. Onun pravoslav kilsəsinin baş keşişi Kirill onun dəfn mərasiminə də qatılmayıb. Bunu “baş verəcək təxribatdan” yayınmaqla əlaqələndirmişdilər.