Gürcüstanın Kutaisi şəhərində baş tutmuş növbədənkənar iclasda parlament üzvləri yeni nazirlər kabinetinə etimad göstərib.
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, hökumətin yeni tərkibini 87 deputat dəstəkləyib, 38-i isə əleyhinə çıxış edib.
Yenilənmiş nazirlər kabinetinin heyətində üç yeni nazir yer alır. Bunlar Ətraf mühit və təbii resurslar naziri Qiqla Aqulaşvili, Gənclər və idman naziri Tariel Xiçikaşvili və Gürcüstanın tarixində ilk qadın müdafiə naziri Tina Xidaşelidir.