Parisdəki terroru törətməkdə şübhəli bilinən İŞİD üzvü saxlanılıb
21 noyabr 2015 14:59 (UTC +04:00)

Parisdəki terroru törətməkdə şübhəli bilinən İŞİD üzvü saxlanılıb

Türkiyə polisi Parisdə terror aktları hazırlamaqda şübhəli bilinən İŞİD üzvünü saxlayıb.

APA-nın “Milliyyət”ə istinadən verdiyi məlumatına görə, Mərakeş əsilli Belçika vətəndaşı, 26 yaşlı Əhməd Dahmani dünən Antalya şəhərində hoteldə tutulub.

Əhməd Dahmaninin Suriyadan gələn Əhməd Tahir və Məhəmməd Verde adlı işi şəxslə görüşəcəyini müəyyənləşdirən Antalya polisi əvvəlcə həmin şəxsləri Alanya yaxınlığında avtomobildə saxlayıb.

Suriyalıların İŞİD rəhbərləri tərəfindən aldıqları təlimatla Parisdə terror aktlarını hazırlayanlardan biri olan Əhməd Dahmaniyə saxta pasport gətirdikləri və onu təhlükəsiz şəkildə Suriyaya aparmaq istədikləri təsbit edilib. 

O da məlum olub ki, Ə. Dahmani İŞİD-in kəşfiyyatçılarındandır və noyabrın 13-də Parisdə terror aktları törədilməzdən əvvəl orada səfərdə olub.

Qeyd edək ki, noyabrın 13-də Parisdə eyni vaxtda bir neçə yerdə törədilmiş silsilə terror aktları nəticəsində 130 nəfər həlak olub, xeyli insan yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 85
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35