Parisdəki terror aktlarında şübhəli bilinən şəxs Əlcəzairdə tutuldu
28 fevral 2016 03:03 (UTC +04:00)

Parisdəki terror aktlarında şübhəli bilinən şəxs Əlcəzairdə tutuldu

0

Parisdə ötən ilin noyabrında törədilən terror aktlarında  şübhəli bilinən və Belçikada yaşayan şəxs Əlcəzairdə həbs edilib.  

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, həbs olunan şəxs hazırda  Ağbu şəhərində saxlanılır.  

 

Parisdə ötən ilin noyabrının 13-də törədilən terror aktları nəticəsində 130 nəfər ölüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar