Parisdəki terror aktını araşdıran müstəndiq özünü güllələdi
11 yanvar 2015 05:18 (UTC +04:00)

Parisdəki terror aktını araşdıran müstəndiq özünü güllələdi

Fransada «Charlie Hebdo» nəşrinin redaksiyasına törədilən hücumu ilə bağlı cinayət işini araşdıran polis komissarı Elrik Fredu intihar edib. APA-nın “Gazeta.Ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “France 3” telekanalı məlumat yayıb.    

 

Polis rəsmisinin açıqlamasına əsasən, Fredu iş otağında xidməti silahından özünə atəş açaraq intihar edib.   

 

Məlumata görə, intihar etməzdən əvvəl o hücum zamanı redaksiyada həlak olan jurnalistlərdən birinin ailəsi ilə görüşüb.    

 

İnsidentlə bağlı araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275

Oxşar yazılar