Parisdə xüsusi əməliyyat zamanı 15 girov azad edilib
09 yanvar 2015 23:55 (UTC +04:00)

Parisdə xüsusi əməliyyat zamanı 15 girov azad edilib

0

Parisin şərqində mağazada keçirilmiş xüsusi əməliyyatda 15 girov azad edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu barədə Fransa prezidenti Fransua Olland İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib.

 

Bundan əvvəl, Fransa prezidenti əməliyyatda dörd nəfərin ölümünü təsdiqləmişdi.

 

Qeyd edək ki, Parisin şərqində Səid və Şərif Kuaşi qardaşlarının buraxılması tələbi ilə mağazada girovları götürən Ahmedi Kulibali məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar