Parisdə xəsarət almış 90 nəfər hələ də reanimasiyadadır
21 noyabr 2015 02:02 (UTC +04:00)

Parisdə xəsarət almış 90 nəfər hələ də reanimasiyadadır

0

Fransanın paytaxtı Parisdə terror aktları nəticəsində yaralananlardan 90 nəfər hələ də reanimasiyadadır.

 

APA-nın məlumatına görə, bu barədə BBC-yə Parisdəki tibb mənbələri bildiriblər.

 

“90 nəfər hələ də intensiv terapiya şöbələrində qalmaqdadır”, həkimlərdən biri deyib.

 

Xatırladaq ki, noyabrın 13-də Parisdə seriya terror aktları törədilib. Son məlumatlara görə, nəticədə 130 nəfər ölüb, 350 nəfər yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar