Fransanın paytaxtı Parisdə polis bölməsinə soxulmaq istəyən terrorçu güllələnib.
Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, hadisə şəhərin şimalı hissəsindəki 18-ci bölgədə qeydə alınıb. Bıçaq və saxta partlayıcı ilə polis bölməsinə girmək istəyən şəxsə qarşı odlu silahdan istifadə edilib.
Hadisənin “Şarl Hebdo” jurnalının redaksiyasına edilmiş basqınla eyni tarixdə baş verməsi hadisə ilə bağlı şübhələri dərinləşdirib.