Parisdə 153 nəfər terrorun qurbanı oldu <span style="color:red;">YENİLƏNİB-3
14 noyabr 2015 06:58 (UTC +04:00)

Parisdə 153 nəfər terrorun qurbanı oldu YENİLƏNİB-3

Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.

 

Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.  

 

***

 

Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində azı 140 nəfər ölüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Paris meriyası onlardan 100-ün “Bataklan” teatrında, 40 nəfərin isə paytaxtın müxtəlif bölgələrində öldüyünü təsdiqləyib.

 

Parisin “Bataklan” teatrında  girovların azad edilməsi əməliyyatında 3 terrorçu məhv edilib.

 

Terror aktları ümumilikdə Parisin 7 bölgəsində törədilib. Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

 

***

 

Fransanın paytaxtı Parisin müxtəlif bölgələrində partlayış, atışma və girov götürülmə nəticəsində ölənlərin sayı 60-a çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlarla insanın yaralandığı bildirilir.

 

Ötən axşam naməlum silahlılar Parisin 10-cu dairəsində atəş açıb, 11-ci dairədə yerləşən “Bataklan” teatrında isə təxminən 100 nəfər girov götürülüb. Həmçinin “Stad de Frans”stadionu yaxınlığında, Fransa-Almaniya oyunu keçirilən zaman, bir neçə partlayış törədilib. 

 

***

 

Parisdə partlayışlar və atışma nəticəsində azı 26 nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Paris polisinin prefekturasından bildiriblər.

 

Digər məlumata əsasən isə paytaxtın “Bataklan” konsert zalında  naməlum şəxslər tərəfindən girov götürülənlər var.

 

***

 

Parisin “Stade de France” stadionu yaxınlığında bir neçə partlayış qeydə alınıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar Fransa-Almaniya yoldaşlıq matçı zamanı baş verib.

 

BFM TV telekanalının xəbərinə görə, hadisə nəticəsində xəsarət alanlar var. Qeyd olunur ki, Fransa prezidenti Fransua Olland görüşü izləmək üçün stadionda olub. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35