Parisin ən cazibəli yeri sayılan Eyfel qülləsi iyunun 13-də səhər saatlarından etibarən turistlər üçün bağlanmışdı.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, buna səbəb kimi əmək haqlarının artırılmasını tələb edən təhlükəsizlik xidməti əməkdaşlarının tətil etməsi göstərilib.
Qülləyə xidmət edən şirkətin təmsilçisi bildirib ki, aksiyadan xəbərsiz olublar. Şirkət tələblə bağlı həmkarlar təşkilatının nümayəndələri ilə danışıqlar aparır.
Qülləyə xidmət edənlərin tətili dayandırıb.
Mənbə xatırladıb ki, artıq üçüncü gündür dəmiryol işçiləri tətil edib. Ölkədəki qatar reyslərinin yarısı təxirə salınıb. Dəmiryolçular Fransa Milli “SNSF”-şirkətinin “Réseau Ferré de France” şəbəkəsi ilə birləşməsinə qarşı çıxır. Bu birləşmə baş tutarsa, o zaman şirkətin işçiləri dövlət məmuru kimi onlara verilən güzəştlərdən və təqaüdlərdən məhrum olunacaqlar.