Parisdə bazara II Yelzavetanın adı verilib
0
0
Normandiyaya müttəfiq qoşunlarını çıxarmasının 70 –ci ildönümünə həsr edilən tədbirdə iştirak etmək məqsədi Britaniya kraliçası II Yelizaveta Fransaya ikigünlük səfər edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Fransa prezidenti Fransua Ollandın müşaiyəti ilə o, Parisi gəzib. Kraliça Notr-dam kilsəsinin yaxınlığındakı gül bazarına baş çəkib. Həmin bazara onun şərəfinə “II Yelizaveta” adını veriblər.
O, Paris bələdiyyəsinin binasında da olub. Orada əlində Britaniya bayraqları tutan kütlə “Yaşasın kraliça!” -deyə, qışqırıb.
0
0