Noyabrın 13-ü Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnən qətliamı törədən terrorçu adsız bir məzarlıqda basdırılıb.
Musavat.com Fransa mətbuatına istinadən xəbər verir ki, Sami Amimur adlı terrorçunun cənazəsi dekabrın 24-də Paris yaxınlığındakı bir məzarlıqda gizlicə dəfn edilib.
90 nəfərin öldüyü Batalakan konsert salonundakı inthar hücumunu təşkil edən 3 nəfərdən biri olan 28 yaşlı Amimurun dəfn mərasiminə az sayda şəxsin qatıldığı bildirilib.
Məzarın həm ziyarətgaha çevrilməməsi, həm də hücuma məruz qalmaması üçün ailəsi sirr olaraq qalmasını istəyib.