Paris küçələrində Çin polisləri də patrulluq edəcək
09 may 2014 07:43 (UTC +04:00)

Paris küçələrində Çin polisləri də patrulluq edəcək

Bu ilin yayında Parisin küçə və meydanlarında patrulluqda Fransa polislərinə çinli həmkarları da yardım edəcək.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, buna səbəb Çindən olan turistlərin təhlükəsizliyini təmin etməkdir.

 

Mənbə bildirib ki, hər il Fransaya bir milyondan çox çinli turist səfər edir. İki ölkə arasında sadələşdirilmiş viza rejimi tətbiq edildiyindən bu il onların sayının 40 faiz artacağı gözlənilir.

 

Fransanın hüquq-mühafizə orqanları onlarla çinli həmkarlarını ölkəyə dəvət edərək, asayişin yaradılmasında tərcüməçi kimi onların yardımından istifadə etmək niyyətindədir.

 

Mənbə xatırladıb ki, Çindən olan turistlər bir qayda olaraq kredit kartlardan deyil, nağd puldan istifadə edir. Bu zaman onlar sui - istifadəçilərin qurbanı olurlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar