Paraqvayda daşqınlar: 50 min nəfər evakuasiya olundu
17 dekabr 2015 06:47 (UTC +04:00)

Paraqvayda daşqınlar: 50 min nəfər evakuasiya olundu

Paraqvayın paytaxtı Asunson şəhərində daşqınlar nəticəsində 50 min nəfər evakuasiya olunub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin bir sıra ərazilərində fövqəladə vəziyyət tətbiq edilib.

 

Daşqınlara səbəb Paraqvay çayında suyun səviyyəsinin 7 metrədək artması olub. Xilasedici xidmətlər yaxın günlərdə suyun səviyyəsinin daha 50 santimetr artmasını istisna etmirlər.

 

Qeyd olunur ki, təbii fəlakət “El-Ninyo” iqlıim fenomeni ilə bağlıdır. El-Ninyo okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar