Papua Yeni Qvineyanın sahilindən 70 km aralı 7,5 bal gücündə zəlzələ baş verib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Panqun şəhərinə yaxındır.
Aprelin 19-da bir neçə saat öncə həmin rayonda 6,9 bal gücündə yeraltı təkanlar qeydə alınmışdı.
Qurbanlar və dağıntı haqda xəbər yayılmayıb.
Yeni Qvineya və Solomon adalarında sunami təhlükəsinə dair xəbərdarlıq elan edilib.