Papadan Ukrayna üçün dialoq çağırışı
25 yanvar 2015 19:15 (UTC +04:00)

Papadan Ukrayna üçün dialoq çağırışı

0

Katolik aləminin ruhani lideri papa Fransis hər bazar günü olduğu kimi bu gün də Vatikandakı nazirlik binasının pəncərəsindən əhaliyə müraciət edib və onlarla birlikdə dua edib. Lent.az-ın anadolu agentliyinə istinadən məlumatına görə, Roma papası bu dəfəki çıxışının böyük hissəsini Ukraynaya həsr edib. Xristianların bir olması üçün dua etdiyini deyən dini lider Ukraynanın cənubundakı Mariupulda 30 nəfərin həlak olduğu hadisəni xatırladaraq dərin narahatlıq keçirdiyini deyib. Papa Fransis deyib ki, hər cür düşmənçiliyin bitməsi və dialoqun əldə edilməsi üçün dua edir.

 

Roma papası çıxışının növbəti hissəsini cüzam xəstəliyindən əziyyət çəkənlərə və Filippinə həsr edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar