Pakistanın məşhur jurnalisti Azərbaycan haqda yazıb
21 aprel 2014 15:02 (UTC +04:00)

Pakistanın məşhur jurnalisti Azərbaycan haqda yazıb

Pakistanın diplomatik çevrələrdə böyük nüfuza malik olan “Centreline” jurnalı və “DNA” informasiya agentliyi Avropa İttifaqı və NATO üzrə ekspert Ansar Mahmud Battinin “İkili standartlar və dünya təhlükəsizliyi” adlı məqaləsi dərc edilib. Lent.az-ın məlumatına görə, məqalədə referendum pərdəsi arxasında Krımın aneksiyası və Ukraynanın cənub və şərq regionlarında stabilliyin pozulması nəticəsində Rusiya ilə Qərb arasında münasibətlərini son dərəcədə gərginləşdiyi bildirilib.
 

A. M. Batti ikinci dünya müharibəsi zamanı olduğu kimi bir Avropa ölkəsinin digər ölkənin ərazisinin aneksiyası faktına ABŞ və Avropa İttifaqının mövqeyinin sərt olaraq Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq olunduğunu bildirib. O qeyd edib ki, BMT TŞ-da keçirilən səsvermə zamanı Rusiyanın bu addımını pisləyən qətnaməyə Rusiya veto qoyub. Hətta Rusiyanın ənənəvi müttəfiqi olan Çin də bitərəf qalaraq Rusiyanı dəstəkləməyib. Eyni zamanda, Avropa Şurasının Parlament Assambleyası Rusiyanı səsvermə hüququndan məhrum etmiş, Avropa Şurasının bütün rəhbər orqanlarında Rusiyanın səlahiyyətlərini ilin sonuna qədər dondurub.

 


Məqalənin müəllifi, beynəlxalq ictimaiyyətin Ukrayna böhranında tutduğu prinsipial mövqeyin yalnız alqışlana biləcəyini qeyd edərək, bu kimi mövqeyin niyə yalnız seçilmiş hallarda tətbiq olunduğu sualını ortaya qoyub. Yazıda yaxın tarixi nəzərdən keçirilib Cammu və Kəşmir, Fələstin, Dağlıq Qarabağ məsələlərinə dair verilmiş qərarlara məhəl qoyulmadığı halda, BMT TŞ-nın Sərgi Timor, Cənubi Sudan, Kosovo münaqişələri barəsində qəbul edilmiş qətnamələrinin dərhal icra olunduğu faktının təəccüb doğurduğunu qeyd edilib.
 

A.M. Batti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi haqqında da yazıb: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi münaqişənin iştirakçısı olan hər iki ölkənin Avropa Şurasının üzvüdür. Ermənistan problemin həllində maraqlı deyil, vaxtı uzadaraq ”nə sülh nə müharibə” statusunu qoruyub saxlamaqla məşğuldur. Eyni zamanda, məsələnin həll edilməsi ilə məşğul olan beynəlxalq vasitəçilər də öz vəzifələrinə ciddi yanaşma göstərmirlər. Ermənistana qarşı beynəlxalq sanksiyaların əslində çoxdan tətbiq edilməli idi. Çünki, Ermənistan artıq iyirmi ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı Xocalı şəhərində soyqırım törədib, Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Minlərlə Azərbaycan vətəndaşı həlak olub, bir milyon insan isə qaçqın həyatını sürməkdədir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir”.
Sonra məqalədə, BMT Təhlükəsizlik Şurasının dörd qətnamələrin icra edilmədiyi, digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərakatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə də məhəl qoyulmadığı qeyd edilmişdir.

Bu yanaşmanı şərh edən A. M. Batti, “Bu ikili standartların bariz nümayişi deyilmi? Nə üçün işğalçı qəti şəkildə ittiham olunmur, Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?!...Nə vaxta qədər cinayətlərdə əli olanlara qarşı sanksiyalar tətbiq edilmiyəcək? Nə vaxta qədər işğalçılar azad şəkildə Qərbə səfər etmək iqtidarında olacaqlar?” suallarına ortaya qoyub.


Pakistan mətbuatında dərc edilmiş məqalə, “Dünya artıq ikili standartlardan yorulub. Çünki bu ikili standartlar təhlükəsizliyin pozulması, xaos, soyuq müharibələrlə nəticələnə bilər. Bu, beynəlxalq qanunun əsaslarına çağırışdir ki bu da sülhə qarşı açıq təhlükədir.” sözləri ilə yekunlaşıb.


Məqalələrin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür.
 

http://dnanews.com.pk/?p=29781

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584
avatar

Oxşar yazılar