APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, nümayişçilər Pakistanın Baş naziri Nəvaz Şərifin istefasını tələb ediblər.
Yüzlərlə etirazçı parlamentin hasarını qıraraq binaya soxulub . Digərləri isə Nəvaz Şərifin xüsusi mühafizə zonasında yerləşən iqamətgahına yürüş etməyə cəhd edib. Əvvəl etirazlara müdaxilə etməyən polis nəticədə nümayişin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.