Pakistanda terakt: 20 nəfər həlak olub
15 mart 2014 06:38 (UTC +04:00)

Pakistanda terakt: 20 nəfər həlak olub

0

Pakistanın Peşavər və Kvett şəhərləri ətrafında iki terror hadisəsi baş verib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, qanlı olay nəticəsində azı 20 nəfər həlak olub.

 

Mənbə bildirib ki, terrorçu-intiharçı partlayıcı qurğunu polis maşının yaxınlığında quraşdırıb. Bu partlayışda 10 nəfər həlak olub.

 

«Bu intihar idi. O, polis avtomobilinə yaxınlaşıb, qurğunu işə saldı»-deyə, yerli  polis idarəsinin təmsilçisi bildirib.

 

O biri partlayıcı isə velosipedə quraşdırılıbmış. Velosiped Pakistan təhlükəsizlik əməkdaşlarının maşının yaxınlığından keçəndə qurğu işə salınıb. Bu partlayışda isə 10 nəfər həlak olub, 31 nəfər yaralanıb.

 

Terror aksiyasının məsuliyyətini az tanınan «Əhrar-ül Hind» adlı qrupp üzərinə götürüb.

 

 

«Peşavər və Kvettdəki basqınlar biz etmişik. Bizin «Təhrike-Taliban Pakistan» -la («Pakistan talibləri»-red.)  heç bir əlaqəmiz yoxdur. Pakistan şəri qanunlarla yaşayanadək biz basqınları davam etdirəcəyik»-deyə, terrorçu qrupp bildirib.

 

Mənbə xatırladıb ki, bu terror olayları Pakistan hökuməti ilə taliban arasında dinc danışıqlar bərpa olandan sonra baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar