BMT-nin təhsil üzrə özəl təmsilçisi, Britaniyanın keçmiş baş naziri Qordon Braun Pakistanda «uşaqların nikahdan uzaq» zonasının yaradılacağını elan edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu yolla yetkinlik yaşına çatmayan qızlar zorla ərə verilməkdən qorunacaq.
İslamabada çıxış edən Braun bildirib ki, qızların təhsildən uzaqlaşdırılaraq, zorla ərə verilməsi çağdaş dünyada yolverilməzdir.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan pakistanlıların təhsil alması üçün Avropa Birliyi 83 milyon dollar ayırmağa, BMT isə daha 10 milyon əlavə etməyə hazırdır.
Pakistanın baş naziri Nəvaz Şərif qadınların təhsil almasının dəstəkləyərək, qeyd edib ki, respublika əhalisinin yarısının yaşı 25-dən azdır, deməli, dövlətin gələcəyinə təhsilə sərmayə qoyulur.