Pakistanda baş verən partlayış nəticəsində azı 16 nəfər ölüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, daha 40 nəfərin yaralandığı bildirilir.
Hadisə ölkənin cənub bölgəsindəki Sind əyalətində qeydə alınıb. İlkin məlumata əsasən, partlayışı terrorçu-kamikadze törədib.