Pakistanda gənc cütlüyün boğazını üzüblər - YENİLƏNİB
29 iyun 2014 14:04 (UTC +04:00)

Pakistanda gənc cütlüyün boğazını üzüblər - YENİLƏNİB

0

Pakistanda valideynlərinin iradəsinə qarşı çıxıb, ailə qurduqları üçün gənc cütlüyü öldürüblər.

 

Lent.az-ın “Radio Svaboda”-ya istinadən məlumatına görə, gəlinin atası, anası, babası və daha iki qohumu iyunun 28-də həbs edilib.

 

Toy bir neçə həftə öncə Pakistanın şərqində, Pəncab əyalətində olub. 17 yaşlı qız, 31 yaşlı kişiyə ərə gedib. Onların nikahına ailə üzvləri etiraz edib.

 

Gənc cütlüyü iyunun 26-da gəlinin atası evinə apararaq, əllərini bağlayıb, ardınca boğazlarını üzüblər.

 

Mənbə xatırladıb ki, bu ölkədə ailə ənənəvi olaraq, ağsaqqalların razılığı ilə olur. Əks halda onlar valideynlərin iradəsinə qarşı çıxmış sayılırlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2525

Oxşar yazılar