Pakistanda daha bir məşhur müğənnini öldürüblər
20 iyun 2014 04:07 (UTC +04:00)

Pakistanda daha bir məşhur müğənnini öldürüblər

Pakistanın populyar müğənnisi Gül Nazı Peşavər şəhərində güllələyiblər.


Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Muskan təxəllüslü 38 yaşlı Gül Naz pəştu dilində mahnıları ilə məşhur idi.

Yerli polisin bildirib ki, 4 naməlum şəxs evinə girərək ona 5 güllə atıb.
 

Pakistanın Xibər Paxtunkva vilayətində qadın müğənnilərə hücumlar adi haldır.Orada  mahnı oxumaq islama zidd sayılır.

Keçən ilin iyununda 18 yaşlı aktrisa Buşranın üzünə yatdığı yerdə üzünə sulfat turşusu atmışdılar.

 

 
24 yaşlı müğənni Qəzələ Cavidi isə 2012-ci ildə Peşavərdə güllə ilə vurub-öldürdülər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110
avatar

Oxşar yazılar