Pakistanda avtobus dayanacağında partlayış:  6 ölü, 17 yaralı
04 oktyabr 2014 22:19 (UTC +04:00)

Pakistanda avtobus dayanacağında partlayış: 6 ölü, 17 yaralı

0

Pakistanın şimal-qərbində törədilmiş terror aktı nəticəsində 6 nəfər ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində daha 17 nəfər yaralanıb.

 

Məlumata görə, partlayıcı qurğu Heybər-Paxtunxva əyalətindəki Koxat şəhərində, avtobus dayanacaqlarından birində işə salınıb.

 

“BBC” qeyd edir ki, partlayış Qurban bayramı ilə əlaqədar mərasimə yollanan dindarların dayanacağa yaxınlaşdığı an baş verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar