Pakistanın Karaçi ərazisində ağır yol qəza hadisəsi baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanacaq daşıyan maşınla iki sərnişin avtobusunun toqquşması nəticəsində 35 nəfər həyatını itirib. Yol qəzası nəticəsində 30 nəfərin də ağır yaralandığı bildirilir.
Yaralılar Hub və Karaçi xəstəxanalara yerləşdirilib və ölü sayının arta biləcəyi ehtimal olunur.