Pakistanda 100 müxalifətçiyə 14 sutka həbs cəzası verildi
İslamabadda məhkəmə 100-dək müxalifətçi barəsində 14 sutka müddətinə həbs qərarı verib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, müxalifətçilər mitinqlər haqqında qanunu pozmaqda ittiham olunurlar.
Məlumata görə, onların hər birinə alternativ cəza kimi 200 dollar cərimə ödəmək imkanı verilib. Qeyd edək ki, yüzlərlə müxalifətçi hökumətin istefası tələbi ilə paytaxt İslamabadda artıq bir aydır ki etiraz aksiyası keçirir. Etirazçıların liderləri keçmiş peşəkar kriket oyunçusu İmran Xan və Tahir Qədridir.
İmran Xanın partiyasının nümayəndəsi bildirib ki, həbs olunan fəallar azadlığa buraxılanadək müxalifət hakimiyyət ilə danışıqları dayandır.
615