Pakistan qaçqınların sayı artır
02 iyul 2014 22:53 (UTC +04:00)

Pakistan qaçqınların sayı artır

0

Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə yaraqlılara qarşı hərbi əməliyyatların miqyası genişləndirməkdədir. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, BMT-nin qaçqınların işi üzrə Ali Komissarlığı bildirib ki, bu hərbi aksiya nəticəsində 77 minə yaxın yerli sakin didərgin düşüb.

 

 

Məlumata əsasən, yaraqlıların Şimali Vəziristandakı hərbi bazalarına iki həftəlik hava zərbəsindən sonra onlara qarşı quru əməliyyatları başlanılıb.

 

Mənbə bildirib ki, hərbi əməliyyatların başlıca hədəfi Pakistanın “Taliban” hərəkatıdır. Bu əməliyyat nəticəsində onların son illər ən çox itki verdiyi bildirilib.

 

BMT-nin məlumatına əsasən, iyunun ortalarından, hərbi əməliyyatlar başlayandan 400 mindən çox sakin öz evini tərk edib. Qaçqınların çoxu qonşu əyalətdə sığınacaq tapmağa çalışır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar