Pakistan prezidenti Məmnun Hüseyninin oğlu Tələt Məmnunu müşayiət edən avtomobil karvanının getdiyi yolun üstündə partlayış baş verib.
Bu haqda TASS məlumat yayıb.
Hücum ölkənin qərbində yerləşən Bəlucistan əyalətinin Xab şəhərində olub.
Hadisə nəticəsində 3 nəfər ölüb, 13 nəfər, o cümlədən prezidentin oğlunu müşayiət edən 4 polis əməkdaşı xəsarət alıb.
Tələt Məmnun isə partlayışdan salamat qurtarıb.
Hələlik hadisənin məsuliyyətini heç bir terrorçu qruplaşma üzərinə götürməyib. (report.az)