Pakistan ordusu ölkənin şimal-qərbində taliblərin düşərgəsinə aviazərblər endirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, hava zərbələri nəticəsində terrorçuluqda şübhəli binən azı 35 yaraqlı öldürülüb.
Hərbçilər bildirib ki, əməliyyatın əsas hədəfi taliblərin Əfqanıstanla həmsərhəddə yerləşən sığınacaqlarının məhv edilməsi olub.
Rəsmi açıqlamaya görə, öldürülənlər bu ilin aprelində İslamabadda 23 nəfərin qətlində iştirak edənlərdir.