Pakistan İranın qaz kəməri layihəsindən imtina edib
28 fevral 2014 05:46 (UTC +04:00)

Pakistan İranın qaz kəməri layihəsindən imtina edib

Pakistan İrandan çəkilən «Sülh» adlı təbii qaz kəməri tikintisindən imtina edib. Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, ölkənin neft naziri Əli Məcidi rəsmi İslamabadın addımını şərh edərkən, bunun «siyasi motiv daşıdığını» vurğulayıb.

 

 

Xatırladaq ki, Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Hakkan Abbasi İrana qarşı beynəlxalq sanksiyaları ölkəsinin qaz kəməri tikintisindən imtina etməsinə başlıca səbəb kimi göstərmişdi.

 

«Hətta sanksiyalar götürülsə belə, bu kəmərin tikintisi təxminən 3 ilə başa gələcək. Pakistan hökuməti bu istiqamətdə artıq işləyə bilmir»- deyə, o, vurğulayıb.

 

Əli Məcidinin fikrinə, belə açıqlama layihədən imtinaya haqq qazandırmır. Onun sözlərinə əsasən, kəmərin artıq 75 faizi artıq hazırdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553
avatar

Oxşar yazılar