Pakistanın əsas aviadaşıyıcısı “Pakistan International Airlines” şirkəti 300 əməkdaşını işdən azad edib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, buna səbəb kimi onların ixtisaslarını təsdiqləyən sənədinin saxta olması göstərilib.
İşdən azadetmə prosesi yarım il sürüb. Saxta sənədlər əsasən, təhsil, o cümlədən pilot və mühəndisliklə bağlı olub.
Şirkət rəhbərliyi həqiqiliyinə şübhə etdiyi daha 50 nəfərini sənədi yoxlayır.
Mənbə xatırladıb ki, bu hava şirkətində 16 minə yaxın əməkdaş işləyir.