Pakistan hakimiyyəti «Taliban»a qarşı savaşa başlayır
08 mart 2014 05:10 (UTC +04:00)

Pakistan hakimiyyəti «Taliban»a qarşı savaşa başlayır

Pakistanın müdafiə naziri Xəfəcə Asif bu ilin martında ölkənin silahlı qüvvələrinin Əfqanıstanla sərhəddə «Taliban»a və bu quruma bağlı  yaraqlılara qarşı irimiqyaslı hərbi əməliyyata başlayacaqlarını bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, bu bəyanatı İslamabadda «taliban» yaraqlılarının məhkəməsi zamanı binaya açılan atəş nəticəsində 11 nəfər həlak olandan sonra verib.

 

Asif bildirib ki, «taliban» atəşkəslə bağlı öhdəliyini yerinə yetirmək imkanına malik deyil və hakimiyyət bu təşkilatın mövqelərinə həmlə etməkdən çəkinmir.

 

Müdafiə naziri bildirib ki, ilk növbədə Şimali Vəziristanın Əfqanıstanla sərhədində, indiyədək Pakistan hərbçilərinin ehtiyat etdiyi bölgədə əməliyyat keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar