Pakistan Çindən 8 ədəd sualtı qayıq almaq niyyətindədir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq razılaşma Pakistanın maliyyə, iqtisadiyyat, statistika və özəlləşdirmə naziri İshaq Dar və Çinin “China Shipbuilding & Offshore International Company” gəmiqayırma zavodunun baş direktoru Süy Tzıtzyu arasında əldə olunub.
Məlumata görə, kontraktın dəyəri 4-5 mlrd dollar təşkil edə bilər. Ödənişlərin 4 bərabər hissələr ilə həyata keçiriləcəyi bildirilir.
“Saziş Çin hökuməti razılıq verdikdən sonra imzalanacaq”, deyə o əlavə edib və sənədin özünün artıq razılaşdırıldığını vurğulayıb.
Sualtı qayıqların növü və tipi barədə xəbər verilmir.