Pakistan Ali Məhkəməsi Pərviz Müşərrəfin həbs qərarını ləğv edib
08 aprel 2015 18:50 (UTC +04:00)

Pakistan Ali Məhkəməsi Pərviz Müşərrəfin həbs qərarını ləğv edib

 

Pakistanın Ali məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəfin həbsi ilə bağlı qərarı ləğv edib.

 

Lent.az-ın “vesti.ru”ya istinadən məlumatına görə, sabiq prezident aprelin 27-də məhkəməyə gəlməyəcəyi təqdirdə haqqında yenidən həbs qərarı çıxarılacaqa. Bu barədə ondan iltizam alınıb.

 

Qeyd edək ki, apreldən əvvəl P.Müşərrəfin həbsinə qərar verilsə də o, “Lal Məscidi”nin liderlərindən olan Əbdül Rəşid Qazinin qətlində ittiham edildiyi heç bir məhkəmə iclasında olmayıb. 

 

Xatırladaq ki, “Qırmızı Məscid”ə olan hücum zamanı qətlə yetirilən 100-ə yaxın insan içində Əbdül Rəşid Qazi də olub. 2013-cü ildə onun oğlunun istəyi ilə cinayət işi qaldırılıb.

 

Onu da bildirək ki, P.Müşərrəfin günahı sübut olunduğu təqdirdə Pakistan qanunlarına görə onu edam cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Oxşar yazılar