Pakistan "Taliban"ı İŞİD lideri Əbubəkr əl-Bağdadiyə biət etdikləri barədə məlumat yayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan "Taliban"ının nümayəndəsi Şahidullah Şahid yazılı açıqlama ilə çıxış edib: “Müsəlmanların xəlifəsi Əbubəkr Əl-Bağdadiyə biət edirəm. Bundan sonra onun əmrlərinə itaət edəcəyəm”.
Digər tərəfdən, Heybər Paxtun Huvah əyalətindəki Pişəvər şəhəri, Hanqu qəsəbəsi və tayfalar bölgəsi, Orakzay, Heybər, Kurram bölgələrinin komandirləri də İŞİD liderinə tabe olub.
Bununla belə, əvvəllər İŞİD-ə dəstək verdiyini söyləyən Pakistan "Taliban"ının lideri Molla Fəzlullahın Bağdadiyə biət etmədiyi açıqlanıb.