Atəşkəsdən imtina etməsinə baxmayaraq, Pakistan hakimiyyəti “Taliban” hərəkatı ilə danışıqları davam etdirmək niyyətindədir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda qərar Pakistan Milli Təhlükəsizlik Komitəsinin iclasında qəbul olunub.
Xatırladaq ki, aprelin 16-da Pakistandakı “taliban” martda əldə edilən atəşkəs haqda razılaşmadan imtina etdiklərini bildirmişdi. Onlar bunu hakimiyyətin “taliban”-a verdiyi sözə əməl etməməklə əlaqələndirmişdi.