Pakistan mediası Heydər Əliyev Fondunun aksiyasından yazdı
10 oktyabr 2014 12:43 (UTC +04:00)

Pakistan mediası Heydər Əliyev Fondunun aksiyasından yazdı

Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə Pakistanda Qurban bayramı ilə əlaqədar keçirilmiş silsilə tədbirlər ölkənin elektron mediasında geniş işıqlandırılıb. Lent.az-ın məlumatına görə, silsilə tədbirlər bu ilin 6-7 oktyabr tarixlərində Pakistanın Xayber Paxtunxva əyalətinin qaçqınların məskunlaşdığı Lakki Marvat və Dera İsmail Xan bölgələrində, həmçinin sel daşqınlarından zərər çəkmiş Pəncab əyalətinin Okara, Multan, Ravalpindi və İslamabada şəhərlərində keçirilib.  

 

Pakistanın “Jhang”, “The News”, “Express Preshawar” qəzetləri, “Diplomatik Star”, “Centreline” jurnalları, “DNA news”, “Pakistan in the World” informasiya agentlikləri tərəfindən tədbir haqqında yazılar dərc edilib.

 

Yazılarda Pakistanın tanınmış siyasətçisi Səlim Seyfulla Xan, Pakistan Parlamentinin sabiq sədr müavini, Pakistan-Azərbaycan dostluq qrupunun üzvü Feysəl Kərim Kundi, Bayt-ul-Malın təşkilatının icraçı direktoru Vahid Şeyx və administrasiyanın rəhbəri Cahangir Axtar, digər tanınmış şəxslər çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya hər bir müsəlman üçün xüsusi önəm kəsb edən bayram günündə çətin maddi və mənəvi durumda olan məcburi köçkünlərin dərdinə şərik olmasına görə minnətdarlıqlarını bildiriblər.
 

Yazılarda Ravalpindi şəhərində təşkil olunmuş mərasimdə Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarovun tədbir iştirakçıları qarşısında çıxış edərək onları bayram münasibəti ilə təbrik etdiyi də qeyd olunub.

 

Məqalələrin tam mətni ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

 


http://e.thenews.com.pk/pindi/10-9-2014/page5.asp

http://e.jang.com.pk/10-09-2014/pindi/pic.asp?picname=636.gif

http://www.diplomaticstar.net/eid-felicitations-on-behalf-of-azerbaijani-first-lady.html http://dnanews.com.pk/?p=32767

http://centreline.com.pk/?p=4483

http://www.pakistanintheworld.com/content/sacrifices-qurbani-different-cities-behalf-first-lady-azerbaijan

http://www.express.com.pk/epaper/index.aspx?Issue=NP_PEW&Page=Back_Page008&Date=20141009&Pageno=8&View=1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35