Özbəkistanda 26 uşaq QİÇS -ə yoluxub
21 iyul 2014 22:25 (UTC +04:00)

Özbəkistanda 26 uşaq QİÇS -ə yoluxub

0

2007 -2013-cü illərdə Özbəkistanda QİÇS virusuna 26 uşaq yoluxub.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yoluxma Kaşkadarin vilayətinin Şəhrisəbz şəhərində, ölkənin cənubunda baş verib.

 

Virusa yoluxmuş uşaqların 6 artıq ölüb.

 

Şəhər  prokuroru Şirəli Aşirovun sözlərinə görə, faktla bağlı cinayət işi açılıb. Suçluları 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Məlumata əsasən, 2006-cı ildə Qazaxıstanın Şimkənt rayonunda da oxşar olay baş verib. Orada 14 ana, 118 uşaq bu virusa yoluxub. Uşaqların bir hissəsi isə məhkəmə prosesinədək yaşamayıb. Həkimlər və məsul şəxslər 8 il azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 723

Oxşar yazılar