Özbəkistan rəsmən Gömrük İttifaqında
02 aprel 2014 18:43 (UTC +04:00)

Özbəkistan rəsmən Gömrük İttifaqında

Rusiya prezidenti Vladimir Putin “18 oktyabr 2011-ci ildə azad ticarət zonasına dair onun tərəfləri və Özbəkistan Respublikası arasında imzalanmış müqavilənin tətbiqi barədə protokolun ratifikasiyası haqqında” federal qanunu imzalayıb. Lent.az-ın Kremlin rəsmi saytına istinadən məlumatına görə, sənəd martın 21-də Dövlət Duması tərəfindən qəbul edilib.

 

Martın 26-da isə Federasiya Şurası onu bəyənib. Protokolu Rusiya tərəfi 28 sentyabr 2012-ci ildə MDB hökumət başçıları şurasının qərarına müvafiq olaraq hazırlayıb. Məqsəd Özbəkistanın MDB çərçivəsində əməkdaşlığa daha fəal qoşulması, habelə, Gömrük İttifaqı iştirakçılarının Özbəkistanla ticarət rejimlərinin unifikasiyasının həyata keçirilməsindən ibarət olub.

 

Gömrük İttifaqı ölkələri və Özbəkistan arasında qarşılıqlı ticarətdən kənar ixracat məhsullarının tətbiqinin yolyerilməzliyindən əlavə, azad ticarət zonasında müqavilənin anlaşma tərəfləri və Özbəkistan arasında bir sıra şərtlər nəzərə alınmaqla tətbiqi nəzərdə tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar