ORT-nin baş direktoru Putinlə danışandan sonra özünü güllələyib - YENİLƏNİB
03 may 2014 16:12 (UTC +04:00)

ORT-nin baş direktoru Putinlə danışandan sonra özünü güllələyib - YENİLƏNİB

Rusiyanın ORT telekanalının baş direktoru Konstantin Ernst intihara cəhd edib.


 

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, newsstreet.ru bloqunda məlumat verilib. Lakin az sonra informasiya bloqdan silinib.

 

Məlumata görə, K.Ernst aprelin 30-da Rusiya prezidenti Vladimir Putin və “Qazprom”un rəhbəri Aleksey Millerlə uzun çəkən telefon danışığından sonra pərişan halda evinə gedib. Az sonra həyat yoldaşı Larisa Sinelşikova onun evdəki kabinetindən atəş səsi eşidib. Boynundan və dilindən güllə yarası alan K.Ernst dərhal Rusiya Prezidenti İşlər İdarəsinin Klinik Xəstəxanasına yerləşdirilib, hazırda huşsuz vəziyyətdədir.

 

Həm xəstəxanadan, həm də ORT telekanalından xəbəri şərh etmək istəməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

Oxşar yazılar