OPEK prezidentinin qardaşı girov götürüldü
20 mart 2015 03:08 (UTC +04:00)

OPEK prezidentinin qardaşı girov götürüldü

Nigeriyanın cənubunda naməlum silahlı şəxslər ölkənin neft naziri, OPEK prezidenti Diyezani Alison Maduekenin kiçik qardaşı Cozef Aqamanı qaçırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  silahlılar Aqamanı Bayels ştatının inzibati mərkəzi Yenaqoa şəhərində girov götürüb. Cinayətkarların kimliyi hələlik müəyyən edilməyib, araşdırma aparılır. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Diyezani Alison Madueke 2015-ci ilin yanvarın 1-dən OPEK-in rəhbəri təyin olunub. Diyezani  Madueke təşkilatən tarixində bu vəzifəyə təyinat alan ilk qadındır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 109
avatar

Oxşar yazılar