Onlar Kılıçdaroğlunun istefasını tələb edirlər
12 avqust 2014 17:44 (UTC +04:00)

Onlar Kılıçdaroğlunun istefasını tələb edirlər

0

Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Əminə Ülkər Tarhan partiya rəhbərliyinin prezident seçkiləri dövründəki fəaliyyətini sərt tənqid edib. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Ə. Ü. Tarhan bu sözləri CHP-dən olan digər millət vəkilləri Nur Sərtər və Süheyl Batum ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Tarhan partiyanın uğursuzluğunda CHP lideri Kamal Kılıçdaroğlunun məsuliyyət daşıdığını bidlirib: “Türkiyədə ilk dəfə xalq səsverməsi ilə gerçəkləşən prezident seçkilərindən müxalifət çox ağır bir məğlubiyyətlə çıxdı – rəhbərliklər əksini desə də”.

 

O, Ərdoğanın qələbəsini daha çox müxalifətin uğursuz namizəd seçimi və kampaniyanın düzgün aparılmaması ilə əlaqələndirib.

 

Tarhan CHP-nin Mustafa Kamal Atatürkün prinsiplərindən uzaqlaşdığını dilə gətirərək, təcili yenidənqurmaya ehtiyac olduğunu qeyd edib və K. Kılıçdaroğlunu istefaya çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1342

Oxşar yazılar