Onlar İŞİD-dən də təhlükəlidir <span style="color:red;">- İDDİA
23 sentyabr 2014 11:19 (UTC +04:00)

Onlar İŞİD-dən də təhlükəlidir - İDDİA

“Əl-Qaidə”-nin qolu “Xorasan” terror təşkilatı İŞİD-dən daha təhlükəlidir”. Lent.az-ın haberturk.com-a istinadən verdiyi xəbərə görə, bu iddia ilə “New-York Times” qəzeti çıxış edib.

 

ABŞ təhlükəsizlik qurumlarının hesabatlarına istinad edən “New York Times”in yazdığına görə, iki il əvvəl Suriyada fəaliyyətə başlayan “Xorasan” Yaxın Şərq, Cənub-şərqi Asiya və Şimali Afrika ölkələrindən gəlmiş “Əl-Qaidə” üzvlərindən təşkil olunub.

 

Təşkilata “Əl-Qaidə” liderlərindən Möhsün əl-Fadli rəhbərlik edir. 33 yaşlı Fadlinin vaxtilə, Üsamə Bin Ladenin yaxın çevrəsində olduğu deyilir. Fadli Suriyada müharibə başlamazdan əvvəl İranda yaşayıb. ABŞ kəşfiyyatı 10 ildən çoxdur ki, Fadlini axtarır.

 

ABŞ kəşfiyyatının hesabatlarına görə, “Xorasan” terror təşkilatı daha çox partlayıcı qurğulardan istifadə etməklə terror aktları təşkil edir.

 

İngiltərənin “İndependent” qəzetinin yazdığı xəbərə görə isə, “Xorasan” İŞİD-dən fərqli olaraq, xilafət arzusunda deyil. “Xorasan”ın əsas məqsədi ikinci 11 sentyabr hadisələri hazırlamaqdan ibarətdir.

 

Təşkilatın lideri Fadlinin xüsusilə, çətin aşkarlanan partlayıcı qurğular hazırladığı deyilir.

 

Analitiklər isə, İŞİD-in zəifləməsindən sonra “Xorasan”ın onun yerini tutacağı fikrindədir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190

Oxşar yazılar

"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi

NASA “super-Yer” planeti kəşf etdi

17 iyul 2025 , 04:11